Türkiyə Azərbaycana humanitar yardım göndərdi
Türkiyə Qızılayı Azərbaycana humanitar yardım göndərib.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, Dağlıq Qarabağ bölgəsində erməni tərəfinin atəşinə məruz qalan sakinlər üçün 4 TIR humanitar yardım yola düşüb. Türk Qızılayı tərəfindən 250 çadır, 3 min yorğan, 288 mətbəx dəsti və 500 yataqdan ibarət humanitar yardımlar hazırlanıb.
TIR-ların bazar günü bölgəyə çatacağı bildirilir.
Oxuməni.az
Digər xəbərlər