Azərbaycanla Ermənistana humanitar barışıq təklif edildi: Bu, düşmən hiyləsi də ola bilər...

Azərbaycanla Ermənistana humanitar barışıq təklif edildi: Bu, düşmən hiyləsi də ola bilər...

8 Oktyabr 2020 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT-in Minsk Qrupunun həmsədrləri Yeni Qarabağ müharibəsində döyüşən tərəflərə-Ermənistana və Azərbaycana həlak olanların meyitlərinin götürülməsi üçün humanitar barışıq elan olunmasını təklif ediblər. Həmsədrlərin fikrincə, bu, atəşkəsə doğru ilk addım ola bilərdi.

Oxuməni.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç vasitəçi rolunu götürməyə hazır olduğunu bildirib.

Məlumatı ATƏT-in saytı yayıb. Hələlik tərəflərin buna necə reaksiya verəcəyi məlum deyil. Amma bütün hallarda Ermənistan silahlı qüvvələrinin Gəncə də daxil olmaqla yaşayış məntəqələrimizi atəşə tutmaqda davam etdiyi bir vaxtda humanitar atəşkəsə razılıq verilməsi Azərbaycan üçün məqsədəuyğun hesab edilə bilməz. Bunun arxasında başqa oyunlar oynanıla bilər...

Oxuməni.az