Milli Məclis erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını yekdilliklə təsdiqləyib

Milli Məclis erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını yekdilliklə təsdiqləyib

6 Oktyabr 2020 12:49
Bəyəndim (1) Bəyənmədim (0)

Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı ordumuz tərəfindən bu tarixi qələbə yüksək qiymətləndirilib və Azərbaycan ordusunun tam zəfər qazanacağına inam ifadə olunub. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Oxuməni.az