Ermənistan rəhbərliyi Dağlıq Qarabağda muzdluların döyüşdüyünü etiraf edib
Ermənistan prezidenti Armen Sarkisyanın digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağdakı döyüşlərdə vuruşduqlarını və vuruşa bilmələrini bildirib.
Oxuməni.az xəbər verir ki, beləliklə, Ermənistan hakimiyyəti dolayısı ilə beynəlxalq hüququ pozduqlarını etiraf edib. Faktiki olaraq beynəlxalq hüquq normalarına görə, milliyyətindən asılı olmayaraq, başqa bir ölkənin vətəndaşı başqa bir ölkənin ərazisində, xüsusilə işğal olunmuş ərazilərdə döyüşə bilməz.
Sarkisyan bu faktı ermənilərin 1915-ci il hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün guya döyüş əməliyyatlarında iştirak etməsi ilə izah etməyə çalışır. A.Sarkisyanın bəyanatı beynəlxalq hüququn kobud şəkildə pozulmasını nəzərdə tutur və digər ölkələrin vətəndaşlarının Dağlıq Qarabağdakı hərbi münaqişədə iştirakı cinayət xarakteri daşıyır.
Qetd edək ki, oktyabrın 1-i Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.
S.Sarkisyan bildirib: "Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".
Oxuməni.az