Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səriştəsiz qırlama əməliyyatı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səriştəsiz qırlama əməliyyatı

28 Avqust 2020 14:06
Bəyəndim (4) Bəyənmədim (0)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən hal-hazırda Mətbuat prospektində yolların çat vermiş hissələrində qırlama-bitumlama işləri aparılır. Ancaq qırlama-bitumlama zamanı əməkdaşlarımız tərəfindən bu prosesin qaydalar çərçivəsində aparılmaması müşahidə edilib. Belə ki, nəqliyyat vasitələri yolun qırlanan hissəsində məhdudiyyətsiz hərəkət edir, yolun təmir gedən hissəsində təmirlə bağlı heç bir yol nişanı qoyulmayıb. Bu da günün pik vaxtında maşınların hərəkəti zamanı qaynar qırın ətrafa və maşınların boyasına sıçraması ilə nəticələnir. Nəzərə alsaq ki, sonradan avtomobillərə sıçramış qır damcılarını heç bir halda təmizləmək mümkün olmur, bu da avtomobillərə xeyli miqdarda zərərin dəyməsinə gətirib çıxardır. Biz orada olduğumuz müddət ərzində sürücülər öz avtomobillərindən boylanaraq işi belə yarıtmaz aparan fəhlələri nalayiqcəsinə təhqir edirdilər. Əməkdaşlarımız iradını təmir işlərini aparan briqadaya bildirsələr də fəhlələr: “Cavanşir müəllim bizə necə deyibsə, elə də işləyirik”, - dedilər. Yarıtmaz işin aparılması nəticəsində isə zərərçəkən sürücülər olur. Əlavə olaraq bildirək ki, təmir zamanı təmir-tikinti nişanlarının qoyulmaması AAYDA-nın əməkdaşlarının həyatları üçün çox təhlükəlidir.
Oxuməni.az