Belarusda ən böyük dövlət telekanalının əməkdaşlarının tətili davam edir

Belarusda ən böyük dövlət telekanalının əməkdaşlarının tətili davam edir

18 Avqust 2020 14:06
Bəyəndim (1) Bəyənmədim (0)

Belarusun Belteleradio dövlət kompaniyası tərəfindən idarə olunan ən iri dövlət telekanalının əməkdaşlarının ümumi tətili davam edir.

Oxuməni.az-ın BELTA-ya istinadən verdiyi xəbərə görə, Belteleradio dövlət kompaniyasının binasının yaxınlığında onlarla işçi toplanıb. Bundan əvvəl onlar şirkətin rəhbəri İvan Eysmonta müraciət imzalayıblar. Müraciətdə onlar seçkilərin nəticələrini etibarsız saymağı, MSK rəhbəri Lidiya Yermoşinanı istefaya göndərməyi, siyasi məhbusları azad etməyi, KİV-də senzuranı ləğv etməyi tələb edirlər. Bundan başqa, zorakılığa son qoyulması ilə bağlı şüarlarla digər telekanalların, o cümlədən ONT və STV-nin də onlarla əməkdaşı etiraz aksiyasına qoşulublar.

Oxuməni.az