Virus bölgəsindəki 7 azərbaycanlı tələbə xilas ediləcək

Virus bölgəsindəki 7 azərbaycanlı tələbə xilas ediləcək

29 Yanvar 2020 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılarla bağlı danışıb.

Mövlud Çavuşoğlu məsələni diqqətdə saxladığını deyib.

“Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:

“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.

Oxuməni.az