Ərəb ölkələri Fələstinlə bağlı təcili iclas keçirəcək

Ərəb ölkələri Fələstinlə bağlı təcili iclas keçirəcək

29 Yanvar 2020 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Mənzil-qərargahı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası cümə günü ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh planı ilə bağlı təcili iclas keçirəcək.

Oxuməni.az Al Arabia telekanalına istinadla xəbər verir ki, təşkilatın sədr müavini Hüssam Zəki jurnalistlərə müsahibəsində Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasın da “Əsrin razılaşması” adlandırılan bu planın müzakirəsində iştirak edəcəyini bəyan edib.

Qahirədə keçiriləcək iclasda təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri ilə yanaşı nüfuzlu Əl-Əzhər məscidinin və universitetinin rəhbərləri də iştirak edəcəklər. Şeyx Əhməd əl-Tayeb isə ABŞ Prezidentinin planının əleyhinə olduğunu, “Donald Trampın İsrailin Baş Naziri ilə keçirdiyi mətbuat konfransından ərəb dünyası adına xəcalət çəkdiyini” bəyan edib. O əlavə edib ki, onların ərəb dünyası adına danışıqlar aparması, problemləri həll etməsi və vəziyyətə nəzarət etməsi qəbuledilməzdir. Şeyx Əhməd əl-Tayeb Fələstin liderlərinin də Ağ evə dəvət olunmamasından narazılığını ifadə edib.

Oxuməni.az