Filippində Taal vulkanı ilə əlaqədar 90 minə yaxın insanın evakuasiyasına başlanılıb

Filippində Taal vulkanı ilə əlaqədar 90 minə yaxın insanın evakuasiyasına başlanılıb

12 Yanvar 2020 15:46
Bəyəndim (1) Bəyənmədim (0)

Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.

Oxumeni.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Evakuasiya San Nikolas, Balete və Talisay şəhərlərini əhatə edir.

İnstitut partlayışdan sonra ərazidəki həyəcan səviyyəsini 3-ə qaldırıb. İnstitut Taal vulkanına yaxın ərazilərdən insanların evakuasiya olunmasını tövsiyə edib.

Bu gün vulkanının külləri 1 kilometr hündürlüyə qədər yayılıb. Ölən və yaralanan olmasa da, yerli səhiyyə qurumları vulkan külündən qorunaq üçün insanlara tüstü maskası taxmağı tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az