Almaniya KİV-ləri Türkiyənin qələbəsindən yazırlar
Türkiyə istədiyinə nail olub: ölkənin Avropa hissəsini Rusiyadan birbaşa nəql olunan qaz ilə təchiz etmək üçün aralıq ölkələrdən keçməyən təzə boru əldə edib. Bu halda tranzit rüsumu ödəmək lazım gəlməyəcək, tranzit riskləri olmayacaq, üstəlik, qazın qiyməti xeyli münasib olacaq.
Oxumeni.az xəbər verir ki, Almaniya KİV-ləri “Türk axını” qaz kəmərinin bu günlərdə rəsmən istifadəyə verilməsini məhz bu cür gəlişigözəl ifadələrlə şərh ediblər.
“QazProm”un məqsədi Ukrayna ərazisini cənubdan və şimaldan dövrələyib keçmək idi. Məhz bu məqsədlə “Türk axını” və “Şimal axını-2” kəmərlərinin çəkilməsi qərara alınmışdı. Həmin kəmərlər Rusiya ilə Ukrayna arasında bağlanmış on illik qaz müqaviləsinin müddəti başa çatana, yəni 2019-cu ilin sonuna qədər fəaliyyətə başlamalı idi. Lakin əvvəlcə müxtəlif səbəblər üzündən Baltik regionunda qaz kəmərinin çəkilişi qrafikinə əməl edilmədi, sonra isə Vaşinqtonun səyləri ilə bu iş dayandırıldı. Qara dənizdəki iki xətdən yalnız biri vaxtında və tam həcmdə işə salındı.
Nəticədə Ankara “öz borusu”nu əldə etdi, “QazProm”un sərəncamında isə qazın Aİ ölkələrinə ixrac edilməsi üçün nəzərdə tutulan 3 xətdən yalnız biri qaldı.
Bu səbəbdən Almaniya KİV-ləri şübhə etmirlər ki, “Türk axını”nın istifadəyə verilməsini Türkiyə üçün çox böyük qələbə saymaq olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az








































































.jpg)
.jpg)
.jpg)









