Latviyalıların ölkələrinin vəziyyəti ilə bağlı nikbinliyi aşağı düşüb
Latviya sakinlərinin 19 faizi 2019-cu ilin bir öncəki ildən daha yaxşı keçdiyini, 16 faizi nisbətən pis keçdiyini, 60 faizi isə 2018-ci ildən əhəmiyyətli dərəcədə fərqlənmədiyini bildirib.
Oxumeni.az xəbər verir ki, bu barədə ölkənin ictimai fikir araşdırma mərkəzi SKDS yeni il öncəsi apardığı sorğuya əsasən məlumat verib.
SKDS mərkəzinin rəhbəri Arnis Kaktinış LETA agentliyinə açıqlamasında 2019-cu ilin rəqəmlərinin bir öncəki il aparılan sorğunun nəticələrinə əsasən qeydə alınmış rəqəmlərlə müqayisədə ürəkaçan olmadığını söyləyib.
Bildirib ki, həmin vaxt sorğuda iştirak edənlərin 29 faizi 2018-ci ilin 2017-ci ildən daha yaxşı keçdiyini, 10 faiz isə (2019-cu il ilə müqayisədə 6 faiz az) daha pis keçdiyini bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az









































.jpg)

.jpg)











































