Türkiyədə yüzlərlə polisin intiqam andı qalmaqal yaratdı + Video

Türkiyədə yüzlərlə polisin intiqam andı qalmaqal yaratdı + Video

30 Dekabr 2019 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə sosial şəbəkələrdə “Polis Akademiyasında intiqam andı” başlığı ilə video yayılıb.

Oxumeni.az-ın məlumatına görə, görüntülərdə yüzlərlə polisin şəhid və qazilərin intiqamını alacağı ilə bağlı andı eşidilir.

Polis Akademiyası müzakirələrə səbəb olan video ilə bağlı açıqlama yayıb.

Açıqlamada görüntülərin 2017-ci ilə aid olduğu qeyd olunub: “29 dekabr 2019-cu il tarixində yeni hadisə kimi sosial şəbəkələrdə yayılan video ilk dəfə 24 mart 2017-ci ildə paylaşılıb. Sözügedən görüntülərin həmin ilin martında bir polis məktəbində çəkildiyi müəyyənləşdirilib. Faktla bağlı lazımi tədbirlər görülüb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az