4,4 ton kokain müsadirə edilib
Uruqvayda gömrük orqanları tərəfindən 4,4 ton kokain ələ keçirilib. Bu ölkənin tarixində rekord hesab olunur.
Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, böyük həcmdə kokain ölkənin Montevideo limanında müsadirə olunub. Əməliyyat hərbi dəniz qüvvələrinin və liman gömrük xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib. Dörd konteynerdə soya ununun içində gizlədilən kokainin Afrikanın qərbində yerləşən Toqonun paytaxtı Lomenin limanına göndərilməsi planlaşdırılmış.
Əgər kokain satışı baş tutsaydı, cinayətkar dəstə bundan təxminən 1 milyard ABŞ dolları qazanc əldə edəcəkdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər









































.jpg)

.jpg)











































