Böyük Britaniyada hökumət mənzil böhranının qarşısını almaq üçün addımlar atır
Böyük Britaniyada hökumət mənzil böhranının qarşısını almaq üçün addımlar atır.
Büdcədən 63 milyon funt-sterlinq evsiz ailələrə yardım etmək üçün ayrılıb.
Vəsait evi olmayanlara, ya da evlərini itirmə riski olan insanlar üçün nəzərdə tutulub.
Ölkənin Baş naziri Boris Conson 21-ci əsrdə insanların evsiz və ya küçələrdə yatmalarının doğru olmadığını və hökumətin bunun qarşısını almaq üçün yorulmadan çalışacağını söyləyib.
Qeyd edək ki, Böyük Britaniyada 2019-cu ilin göstəricilərinə görə 68 min 170 nəfər evsizdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər









































.jpg)

.jpg)











































