Tezliklə Qazaxıstanda ölüm hökmü tam ləğv ediləcək

Tezliklə Qazaxıstanda ölüm hökmü tam ləğv ediləcək

20 Dekabr 2019 23:48
Bəyəndim (1) Bəyənmədim (0)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə tezliklə ölüm hökmünün tam ləğv ediləcəyini deyib.
Oxumeni.az xəbər verir ki, ölkə başçısı Milli Etibar Şurasının iclasında bu barədə göstəriş verib. Prezident Xarici İşlər Nazirliyinə Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın protokoluna qoşulma prosesinə başlamağı tapşırıb.
Qeyd edək ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev 2003-cü ildə ölkədə ölüm cəzasına moratorium tətbiq edilməsi haqqında Fərman imzalamışdı.
Alternativ olaraq 2004-cü ildən respublikada ömürlük həbs cəzası tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az