Fransada təqaüd islahatlarına etiraz olaraq tətil və nümayişlər davam edir
Fransada təqaüd islahatlarına etiraz olaraq tətil və nümayişlər davam edir.
Oxumeni.az xəbər verir ki, dekabrın 16-da - tətilin 12-ci günündə nəqliyyat sistemində sürücülərin 70 faizi işə çıxmayıb.
Milad bayramı ərəfəsində nəqliyyat sistemində tətilin dayandırılacağı ilə bağlı fikirlər səsləndirilsə də, həmkarlar ittifaqları bunun qeyri-mümkün olduğunu bildirib. Qeyd edilib ki, yeni təqaüd layihəsi geri götürülmədiyi təqdirdə, tətil davam edəcək.
Bu gün səhər saatlarında İl-de-Frans regionunda tıxacın uzunluğu 600 kilometri keçib.
Turizm sahəsində də problemlər yaranıb. Turistlərin əksəriyyəti rezervasiyalarını ləğv ediblər. Mehmanxanalar bununla bağlı narahatlıqlarını bildiriblər.
Xatırladaq ki, 2018-ci ildə Milad bayramı ərəfəsində yalnız dəmir yollarından 8 milyon sərnişin istifadə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az













































.jpg)

.jpg)







































