Ən yaşlı amerikalı qadın dünyasını dəyişdi

Ən yaşlı amerikalı qadın dünyasını dəyişdi

29 Noyabr 2019 00:00
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-da ölkənin ən qocaman qadını Aleliya Mörfi 114 yaşında dünyasını dəyişib. Oxumeni.az-ın məlumatına görə, bu barədə “CNN” telekanalı xəbər verib.

Uzunömürlünün qohumları onun noyabrın 23-də vəfat etdiyini deyib, lakin ölüm səbəbini açıqlamayıb. Mərhumun dəfn mərasimi gələn həftə Nyu-Yorkda keçiriləcək.

1905-ci il iyulunda Şimali Karolina ştatında doğulan Mörfi 1926-cı ildən Nyu-Yorkda yaşayırdı. Bir müddət əvvəl 114 yaşını qeyd edən qadın uzunömürlülüyünün sirrini Allaha inamda və aktiv həyat sürməkdə gördüyünü demişdi.

Bundan sonra isə ən yaşlı amerikalı qadın adını Hester Ford daşıyacaq. O, 1905-ci ilin avqustunda anadan olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az