Papua-Yeni Qvineyada silahlı şəxslər təyyarəni qaçırıb
Papua-Yeni Qvineya adalarından birində səkkiz silahlı şəxs “Tropicair” aviakompaniyasına məxsus təyyarəni qaçırıb.
Oxumeni.az France-Presse agentliyinə istinadla xəbər verir ki, insident noyabrın 26-da Yeni Britaniya adasının cənubunda yerləşən Qasmate aerodromunda baş verib. Aviakompaniyadan verilən məlumata görə, naməlum silahlılar təyyarəni qaçırdıqdan sonra pilotu istifadə olunmayan aerodroma enməyə məcbur edərək yüklə birgə naməlum istiqamətdə qaçıblar. Hadisə zamanı təyyarədə sərnişin olmayıb.
Hazırda insidentlə bağlı təhqiqat aparılır. Polis orqanları qaçırılan yük barədə məlumatlarının olmadığını bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az
Digər xəbərlər




































































.jpg)

.jpg)

















