NATO ölkələri 5 ədəd "Global Hawk" dronu alıb

NATO ölkələri 5 ədəd "Global Hawk" dronu alıb

15 Noyabr 2019 09:34
Bəyəndim (1) Bəyənmədim (0)

NATO ölkələri 5 ədəd "Global Hawk" pilotsuz uçuş aparatı alıblar.

Oxumeni.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda sənaye forumunda çıxış edərkən deyib.

Baş katibin sözlərinə görə, əldə edilən 5 pilotsuz uçuş aparatı yaxın zamanda İtaliyanın Siqonelle bazasından havaya qalxmağa başlayacaqlar.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)