Britaniyada yük maşınında tapılan meyitlər çinlilər imiş-VİDEO
İngiltərədə yük maşınından ölü tapılan 39 nəfərin hamısı Çin vətəndaşı olub.
Xatırladaq ki, İngiltərənin cənub-şərqindəki Qreys şəhərində (Esseks) sənaye parkında yük maşınından 39 nəfərin meyiti tapılıb. Ölənlərin ən azı birinin yeniyetmə olduğu bildirilir. Yük maşınının sürücüsü saxlanılıb. Onun Şimali İrlandiyadan olan 25 yaşlı bir kişi olduğu məlumdur.
İlkin məlumatlara görə, yük maşını İngiltərəyə Bolqarıstandan 19 oktyabrda gətirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)
Digər xəbərlər

























































































