Honkonqda polis nümayişçini güllələdi - Video

Honkonqda polis nümayişçini güllələdi - Video

2 Oktyabr 2019 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xalq Respublikasının qurulmasının 70 illiyi günü Honkonqda on minlərlə etirazçı aksiya keçirib.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, aylardır davam edən aksiyada polis ilk dəfə bu gün nümayişçilərdən birinə odlu silahdan atəş açıb. 18 yaşlı gənc döş qəfəsindən yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əvvəlcə faktı təsdiqləməsə də, görüntülər yayıldıqdan sonra polisin odlu silahdan atəş açdığını qəbul ediblər.

Qeyd edək ki, etirazçılar aksiya zamanı Kommunist Partiyadan hakimiyyəti xalqa qaytarmağı tələb ediblər.

Oxumeni.az