Güclü partlayış olub: 7 ölü, 85 yaralı

Güclü partlayış olub: 7 ölü, 85 yaralı

19 Sentyabr 2019 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın Zabul əyalətində güclü partlayış baş verib.

Oxumeni.az-ın "TOLOnews" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 7 nəfər həlak olub, 85 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, Milli Təhlükəsizlik Təşkilatının binası yaxınlığında avtomobilə qoyulmuş partlayıcı qurğu işə düşüb.

Partlayıcı qurğunun kimin tərəfindən yerləşdirildiyi barədə məlumat verilmir.

Oxumeni.az