ABŞ təyyarəsi Venesuelanın hava məkanına daxil olub

ABŞ təyyarəsi Venesuelanın hava məkanına daxil olub

28 İyul 2019 08:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ kəşfiyyat təyyarələri növbəti dəfə Venesuelanın hava məkanına soxulub.

Bu barədə ölkənin hərbi qüvvələrinin strateji qərargahının “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“Bu gün növbəti dəfə ABŞ-ın casus təyyarələri aviasiya təhlükəsizliyini və beynəlxalq razılaşmaları pozaraq Venesuelanın nəzarətində olan əraziyə daxil olub. ABŞ açıq şəkildə ölkəmizə qarşı təhqirləri davam etdirir”, - məlumatda belə deyilir.

Venesuelanın Müdafiə Nazirliyi qeyd edir ki, bu artıq ilk sərhəd pozulması halı deyil və gələcəkdə ciddi təhlükə kimi qiymətləndirilə bilər.(apa)