Xəzərə düşən hərbi təyyarəmiz  tapıldı

Xəzərə düşən hərbi təyyarəmiz tapıldı

26 İyul 2019 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

Bunu "Qafqazinfo”ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: "Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.