Qusarda və Beyləqanda  yanğın olub

Qusarda və Beyləqanda yanğın olub

21 İyul 2019 06:51
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunun Hil kəndində ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,8 ton ot bağlamasının 1,5 tonu yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Beyləqan rayonunun Birinci Şahsevən kəndində həyətyanı sahədə 1,3 ton ot bağlamasının 0,8 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb