Salyanda maşın maneəyə çırpılıb, xəsarət alan var

Salyanda maşın maneəyə çırpılıb, xəsarət alan var

20 İyul 2019 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni az-ın verdiyi məlumata görə. hadisə ötən gecə rayonun Yenikənd kəndi ərazisi ilə hərəkətdə olan “OKA” markalı avtomobil anidən idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Report