Sabirabad, İmişli və Tovuzda yanğınlar baş verib

Sabirabad, İmişli və Tovuzda yanğınlar baş verib

18 İyul 2019 09:25
Bəyəndim (0) Bəyənmədim (0)
Cəlilabad rayonunun Boyxanlı kəndində ümumi sahəsi 84 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 10,5 ton ot bağlamasının 8,5 tonu və 1 ədəd elektrik dirəyi yanıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində həyətyanı sahədə 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 110 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, tavanı 20 m² sahədə və damına yığılan 300 kq ot bağlaması yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.