Yapon yazıçısı Ryu Murakami vəfat edib
Yapon yazıçısı Ryu Murakami 74 yaşında vəfat edib. Oxuməni.az xəbər verir ki, bu barədə onun kitablarını 1990-cı illərdən nəşr edən "Gentosha" nəşriyyatı məlumat yayıb.
Murakami oktyabrın 17-də evində dünyasını dəyişib, dəfn mərasimi ailə dairəsində keçirilib. Nəşriyyatın açıqlamasında bildirilir ki, ailə üzvlərinin istəyinə əsasən, vida mərasimi ilə bağlı təfərrüatlar açıqlanmayacaq.
Murakami 1952-ci il fevralın 19-da Naqasaki prefekturasının Sasebo şəhərində anadan olub. O, 1976-cı ildə ABŞ hərbi bazasının yaxınlığında yaşayan gənclərdən bəhs edən "Mavinin bütün çalarları" (All Shades of Blue) romanı ilə debüt edib. Yazıçı bu əsərinə görə Yaponiyanın ən nüfuzlu ədəbi mükafatlarından biri olan Akutaqava mükafatına layiq görülüb.
Murakami öz əsərlərində özgələşmə, zorakılıq, sosial problemlər və insan təbiətinin qaranlıq tərəflərini araşdırıb. Onun ən məşhur əsərləri arasında "Saxlama kamerasının uşaqları", "69" və "Miso şorbası" var.
Ədəbiyyatdan əlavə, Murakami kinematoqrafiya ilə də məşğul olub. O, ssenarilər yazıb və öz əsərlərini ekranlaşdırıb.
Almaz Həsənli



















































.jpg)













.jpg)


























