Ermənistan Təhlükəsizlik Xidməti: Ermənistan çobanı Azərbaycana qaytaracaq
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistan sərhədini keçməsi ilə bağlı məlumatı təsdiqləyib.
Oxuməni.az saytının məlumatına görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) xəbər yayıb.
Hələ oktyabrın 21-i gündüz saatlarında KİV-də azərbaycanlının Tavuş vilayəti ərazisində sərhədi keçməsi barədə məlumat yayılmışdı. Lakin rəsmi təsdiq yox idi.
"Oktyabrın 19-da saat 17:50-də Ermənistan Respublikasının ərazisində (Tavuş vilayətində) Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu aşkar edilib. Aparılan yoxlama nəticəsində məlum olub ki, o, azaraq Ermənistan ərazisinə keçib", – deyə məlumatda bildirilir.
MTX qeyd edib ki, Azərbaycan vətəndaşının evinə qaytarılması istiqamətində tədbirlər görülür.
Almaz Həsənli






















.jpg)





































































