Nobel Sülh mükafatına namizədlərin adları açıqlanıb
Norveç Nobel İnstitutu 2026-cı il üçün Nobel Sülh mükafatına 287 namizədi qeydə alıb; onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır. Oxuməni.az xəbər verir ki, bu barədə Britaniyanın "Time" qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, ABŞ prezidenti Donald Trampın İranla müharibəsi artıq səkkizinci aydır ki, davam etdiyi üçün ictimai rəy sorğuları onun bu il mükafatı almaq üçün əsas namizəd olmasının çətin olduğunu göstərir.
Sudanın Fövqəladə Hallara Cavab Mərkəzləri Nobel Sülh mükafatı üçün əsas iddiaçılardan biridir. Yerli əhalinin hesabına fəaliyyət göstərən bu xeyriyyə təşkilatı tibbi yardım, ərzaq dəstəyi, təhsil və insanların müdafiəsi ilə məşğuldur.
Ekspertlər, həmçinin qlobal əməkdaşlığın qurulması üçün fəal səylər göstərən Roma Papası XIV Leonun Nobel mükafatını ala biləcəyini ehtimal edirlər. O, dəfələrlə, o cümlədən Qəzza zolağında və Ukraynada sülhə çağırış edib.
Namizədlər arasında ukraynalılar da var. Onlardan biri "Ukraynanı xilas edin" təşkilatının həmtəsisçisi Nikolay Kulebadır. Onun təşkilatı əsasən Rusiya ilə münaqişə zamanı itkin düşmüş ukraynalı uşaqların axtarışı ilə məşğuldur.
Digər ehtimal olunan namizəd kimi Yuliya Navalnaya göstərilir. Onun mükafatı almaq şansı 5% qiymətləndirilir.
Kanadanın Baş naziri Mark Karni ötən ilin aprelində, ABŞ ilə kəskinləşən ticarət münaqişəsi və Vaşinqtonun Kanadanı ilhaq etmək təhdidləri fonunda vəzifəyə başlayıb. Siyasətçi Çin və Avropa ilə yeni ticarət və diplomatik əlaqələr quraraq ABŞ-dan asılılığı azaltmağa nail olub. Lakin onun Nobel Sülh mükafatını almaq şansı 1 faiz qiymətləndirilir.
Xatırladaq ki, Nobel Sülh mükafatının qalibinin adı bu gün oktyabrın 9-da elan ediləcək.
Almaz Həsənli

.jpg)





.jpg)


















.jpg)

























.jpg)






































