TƏBRİK EDİRİK!
Bu gün ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus şəkildə fəal iştirak edən, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışmış, vətənpərvər və dəyərli dostumuz Fikrət Axundovun 60 yaşı tamam olur.
Bu əlamətdar və əziz gündə hörmətli Fikrət müəllimi 60 illik yubileyi münasibətilə dostları Emin Axundov, Rizvan Baxşiyev və Orxan Rəhimov səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və ictimai-siyasi fəaliyyətində yeni uğurlar arzulayırlar.
Arzu edirik ki, bundan sonrakı ömür yolunuz da daim uğurlu, işıqlı və mənalı olsun. Həyatınız həmişə gül-çiçəkli, könlünüz xoş, ömrünüz isə bahar təravətli keçsin.
60 yaşınız mübarək, əziz və hörmətli Fikrət müəllim!
Sizə möhkəm cansağlığı, uzun ömür və hər zaman doğmalarınızın, dostlarınızın əhatəsində xoşbəxt günlər arzulayırıq!





.jpg)








.jpg)









.jpg)





























.jpg)



.jpg)

.jpg)














.jpg)














