Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir

Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir

11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 17-də Bakıda Mədəniyyət Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Konfransda dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpaolunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.

Həmçinin tədbir çərçivəsində “Mədəni-dini irsin qorunması: Hüquq, təcrübə və imkanlar”, “Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti” mövzularında panel sessiyaları təşkil ediləcək.

Oxuməni.az