Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Kral III Msvatiyə ünvanlandığı təbrik məktubunda yer alıb.

Kral III Msvatinin cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfərinin Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin əlavə edib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Oxuməni.az