Arabir güclənən şimal-qərb küləyi sabah gündüzdən mülayimləşəcək

Arabir güclənən şimal-qərb küləyi sabah gündüzdən mülayimləşəcək

18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacaq, leysan xarakterli, intensiv yağıntıların olacağı ehtimal olunur. Sentyabrın 1-də səhər saatlarından yağıntılar tədricən kəsiləcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın AZƏRTAC-a açıqlamasında deyilir. O bildirib ki, sentyabrın 1-i gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq: “Arabir güclənən şimal-qərb küləyi sentyabrın 1-i gündüzdən zəifləyəcək. Havanın maksimal temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də avqustun 31-də və yaxın iki gün ərzində, sentyabrın 1-i və 2-sində yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur”.

G.Məmmədova bildirib ki, gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur: “Sentyabrın 2-si axşam saatlarından yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 25-30, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq”.

Oxuməni.az