Alibaba oyun bölməsini 1,5 milyard dollara satdı
Çinin texnologiya korporasiyası "Alibaba", videooyun hazırlayan "Lingxi Games" bölməsini Honkonqun investisiya fondu "Trustar Capital"-a satmaq barədə razılığa gəlib. Oxuməni az xəbər verir ki, bu barədə "Bloomberg" və "The Wall Street Journal" (WSJ) fondun daxili sənədlərinə və mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, sövdələşmə nəticəsində "Alibaba" azı 1,5 milyard dollar əldə edəcək.
WSJ qeyd edir ki, bu satış şirkətin "diqqətini süni intellekt və bulud texnologiyalarına yönəltməsini" əks etdirir. Son illərdə "Alibaba" ümumilikdə öz qeyri-əsas aktivlərini ya gəlirli hala gətirməyə, ya da satmağa çalışır. Belə ki, 2024-cü ilin sonunda şirkət özünün pərakəndə satış aktivləri olan "Sun Art" və "Intime"-i 2,4 milyard dollara satıb.
"Lingxi Games" tərəfindən buraxılan oyunlar arasında populyar "Three Kingdoms: Strategy Edition" strategiyası da var. Analitiklərin qiymətləndirməsinə görə, bölmənin ötən ilki gəliri 450 milyon dollardan 600 milyon dollara qədər olub. Mənbələrin bildirdiyinə görə, "Alibaba" artıq bir müddətdir ki, "Lingxi" üçün alıcı axtarırdı.
Almaz Həsənli


































































.jpg)
.jpg-1.jpg)

























