Universitetlərə qəbul üçün ixtisas seçimi başlayıb

Universitetlərə qəbul üçün ixtisas seçimi başlayıb

11:18
Bəyəndim (2) Bəyənmədim (0)

2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır.

Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər.

Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulu üçün I ixtisas qrupu üzrə ümumilikdə 16 265, II ixtisas qrupu üzrə 4 185, III ixtisas qrupu üzrə 4 218, IV ixtisas qrupu üzrə 3 446, V ixtisas qrupu üzrə isə 1 543 plan yeri ayrılıb.

Beləliklə, 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün ümumilikdə 29 657 dövlət sifarişli plan yeri ayrılıb.

Almaz Həsənli