Beynəlxalq axtarışda olan iki şəxs Polşa və Türkiyədən Özbəkistana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan iki şəxs Polşa və Türkiyədən Özbəkistana ekstradisiya edilib.
Oxuməni.az xəbər verir ki. bu barədə Özbəkistan İnterpolunun Milli Mərkəzi Bürosu (MMB) açıqlamasında deyilir. MMB Cinayət Məcəlləsinin 244-2-ci maddəsinin 1-ci hissəsi (Dini ekstremist, separatçı, fundamentalist və ya digər qadağan olunmuş təşkilatlar yaratmaq, onlara rəhbərlik etmək və ya onlarda iştirak etmək) ilə cinayət törətməkdə ittiham olunan bir vətəndaşın Polşadan ekstradisiya edildiyini bildirib.
MMB-nin məlumatına görə, cinayət işi başlandıqdan sonra təqsirləndirilən şəxs Özbəkistanı tərk edərək uzun müddət xaricdə gizlənib və buna görə də o, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. Axtarışda olan şəxsin yeri müəyyən edilib və bundan sonra o, İnterpolun Özbəkistandakı Milli Mərkəzi Bürosuna təhvil verilib.

Özbəkistanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 168-ci maddəsi (Dələduzluq) ilə 1,5 il müddətinə axtarışda olan vətəndaş Türkiyədə saxlanılaraq Özbəkistana qaytarılıb.
Əziz Mustafa




























































































