Azərbaycan Xəzərin aparıcı dəniz gücünə çevrilə bilər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin davamlı modernləşdirilməsi, gəmiqayırma sənayesinin inkişafı və dəniz təhlükəsizliyi sisteminin gücləndirilməsi sayəsində Xəzər dənizində aparıcı hərbi-dəniz gücünə çevrilmək potensialına malikdir. Oxuməni az xəbər verir ki, bu qənaətə "Caspian Policy Center" analitik mərkəzi gəlib.
Dərc olunmuş materialda qeyd olunur ki, Bakı Hərbi Dəniz Qüvvələrinin imkanlarını ardıcıl olaraq gücləndirir, sahil mühafizəsini və dəniz müşahidə sistemlərini inkişaf etdirir, həmçinin Xəzər dənizi akvatoriyasında təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan infrastrukturu genişləndirir.
Analitiklərin qiymətləndirməsinə görə, modernləşmənin hazırkı tempi qorunub saxlanılacağı təqdirdə, Azərbaycan Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələri arasında lider mövqeləri tuta bilər. Qeyd edildiyi kimi, bu, Orta Dəhlizin təhlükəsizliyinin artırılmasına və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin dayanıqlılığının möhkəmləndirilməsinə töhfə verə bilər.
Nəşrin müəllifləri, həmçinin vurğulayırlar ki, Azərbaycanın dəniz potensialının gücləndirilməsi Xəzər regionunda dəyişən geosiyasi vəziyyət və ticarət, enerji və regional təhlükəsizlik üçün dəniz kommunikasiyalarının əhəmiyyətinin artması fonunda baş verir.
Almaz Həsənli







































































.jpg)













