Qırğızıstan ilk dəfə "Formula-1" su çempionatının mərhələsinə ev sahibliyi edəcək
Qırğızıstan ilk dəfə olaraq "suda Formula-1" kimi tanınan UIM F1H2O dünya çempionatının mərhələsinə ev sahibliyi edəcək. "Formula 1 H2O Grand Prix of Kyrgyzstan – Issyk-Kul 2026" yarışları 31 iyul – 2 avqust tarixlərində İssık-Kul gölündə keçiriləcək və Mərkəzi Asiyada təşkil olunan ilk mərhələ olacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə "newz.kg " məlumat yayıb.
Turnirdə dünyanın müxtəlif ölkələrindən 20-dən çox pilot iştirak edəcək, yarış katamaranları isə 250 km/saat sürət yığa biləcək. Proqrama məşq yürüşləri, təsnifat mərhələsi və əsas Qran-pri daxildir. Təşkilatçılar tamaşaçılar üçün konsert və əyləncə proqramı da hazırlayıblar.
Təşkilatçıların məlumatına görə, yarışlar dünyanın 150-dən çox ölkəsində yayımlanacaq və bu mərhələnin keçirilməsi Qırğızıstanın turizm potensialının təbliğinə və xarici qonaqların cəlb edilməsinə töhfə verəcək.
Beynəlxalq turnirlə əlaqədar olaraq, iyulun 30-dan avqustun 2-dək İssık-Kulun şimal sahilində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaları və mümkün olduqda gölün cənub sahilindən istifadə etmələri tövsiyə olunur.
Almaz Həsənli




























































.jpg-2.jpg)































