Sabah ölkə ərazisində qızmar yay istiləri davam edəcək
Milli Hidrometeorologiya Xidməti iyulun 17-də gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27°, gündüz 34-38°, dağlarda gecə 14-18°, gündüz 22-27° isti olacaq.
Oxuməni.az











































.jpg)

.jpg)


.jpg)




































