İşğal olunmuş Sevastopol tamamilə elektriksiz qalıb

İşğal olunmuş Sevastopol tamamilə elektriksiz qalıb

07:48
Bəyəndim (1) Bəyənmədim (0)

Krımın müvəqqəti işğal olunmuş Sevastopol şəhərində elektrik enerjisi tamamilə kəsilib. Oxuməni.az xəbər verir ki, bu barədə işğalçı şirkət Sevastopolenergo-nun yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, bu vəziyyət "Krım enerji sisteminin əsas elektrik şəbəkələrində texnoloji nasazlıq səbəbindən" yaranıb və Qara dəniz Regional Dispetçer Mərkəzinin dispetçeri "böyük bir elektrik limiti təyin edib".

Şirkət bildirib ki, "Təcili bərpa işləri zamanı Sevastopolenergonun prioritet cədvələ riayət etməsi mümkün deyil".

Xatırladaq ki, Rusiya Qırmızı Xaç Komitəsi 26 iyunda yarımadada elan edilən fövqəladə vəziyyət fonunda işğal olunmuş Krım və Sevastopol üçün əlavə humanitar yardım toplamağa başlayıb.

Məlum olduğu kimi, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində pozulan Krımda elektrik təchizatının bərpası ilə bağlı problemlər davam edir. İyulun əvvəlindən bəri yarımadada 50 elektrik təchizatı obyekti zədələnib.

Əziz Mustafa