Sabah axşama doğru yağıntılar tədricən kəsiləcək

Sabah axşama doğru yağıntılar tədricən kəsiləcək

18:19
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda iyulun 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-23, gündüz 28-31 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-2°, bəzi yerlərdə 27-29 dərəcə isti olacağı bildirilir.

Oxuməni.az