Bakı-Tbilisi-Bakı qatarına bilet satışı başlayıb

Bakı-Tbilisi-Bakı qatarına bilet satışı başlayıb

09:55
Bəyəndim (1) Bəyənmədim (0)


Bakı-Tbilisi qatarına bilet satışı rəsmi olaraq start verilib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumatda qeyd olunur ki, biletləri ADY Ticket-in rəsmi saytından, ADY Mobile mobil tətbiqindən, həmçinin dəmir yolu kassalarından əldə etmək mümkündür.
Şirkətdən verilən məlumata görə, marşrut üzrə daşımalar müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Qeyd edək ki, ilk reyslər altı vaqondan ibarət tərkiblə, o cümlədən restoran vaqonu ilə icra olunacaq. Digər vaqonlar "Komfort", "Komfort+" və "Lüks" siniflərinə aid olacaq. Qatarın ümumi sərnişin tutumu 118 nəfər təşkil edəcək.
Yaxın tarixlər üçün satış qrafikinə əsasən, ən ucuz biletin qiyməti 85,26 manatdan başlayır, ən bahalı biletin qiyməti isə 125,04 manata çatır.
Bildirilir ki, ilk qatar mayın 25-də saat 23:10-da Bakı Dəmir Yolu Vağzalından yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq.
Almaz Həsənli