May ayında 14 qeyri-iş günü olacaq

May ayında 14 qeyri-iş günü olacaq

11:19
Bəyəndim (2) Bəyənmədim (0)


2026-cı il istehsal təqviminə əsasən, may ayında Azərbaycanda 14 qeyri-iş günü olacaq.
Oxuməni.az -ın məlumatına görə, 9 may (Faşizm üzərində Qələbə Günü) şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (Bazar ertəsi) də qeyri-iş günü elan ediləcək. Beləliklə, 9, 10 və 11 may ardıcıl istirahət günləri olacaq.
Bundan əlavə, mart ayında olduğu kimi, may ayında iki bayram - Qurban bayramı (27-28 may) və Müstəqillik Günü (28 may) eyni dövrə təsadüf edir. Bu səbəbdən, 29 may da qeyri-iş günü hesab ediləcək. Beləliklə, 27, 28 və 29 maydan əlavə, 30 və 31 may da qeyri-iş günü olacaq.
Şənbə və bazar günləri də daxil olmaqla, may ayında ümumilikdə 14 qeyri-iş günü olacaq. Növbəti iş günü iyunun 1-də başlayacaq.
Almaz Həsənli