Azərbaycan və Ermənistan XİN başçıları telefon danışığı aparıblar

Azərbaycan və Ermənistan XİN başçıları telefon danışığı aparıblar

10:12
Bəyəndim (1) Bəyənmədim (0)


Martın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan telefon danışığı aparıblar.
Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, iki ölkənin nazirləri Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinin gələcək müsbət inkişafını məmnuniyyətlə qeyd ediblər.
Ararat Mirzoyan və Ceyhun Bayramov regional və çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftə Azərbaycanla sülh prosesini şərh edərkən bildirib ki, rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qondarma “Qarabağ hərəkatı”nın davam etdirilməsindən imtina edən yeganə partiyadır, digər partiyalar isə onu dəstəkləmək niyyətindədir.
Paşinyan qeyd edib ki, Qarabağ hərəkatının davam etdirilməsi müharibə, ondan imtina isə sülhün seçilməsi deməkdir.
"Bu, çox sadə seçimdir və biz insanlarla danışmalıyıq", - deyə Ermənistanın baş naziri bildirib.
Almaz Həsənli