Bu gün Maarif Bağırovun 74 yaşı tamam olur
Azərbaycan Karate Federasiyasının nəzdində inkişaf etdirilən Aşihara karate üslubunun Azərbaycanda qurucusu, əməkdar bədən tərbiyəsi və idman xadimi hörmətli Maarif Bağırovu 74-cü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin uzun illər ərzində Azərbaycan idmanının, xüsusilə də karate məktəbinin inkişafına verdiyiniz misilsiz töhfələr, yetişdirdiyiniz gənc idmançılar və qazandığınız nailiyyətlər böyük hörmət və rəğbət doğurur. Aşihara karate üslubunun ölkəmizdə tanıdılması, inkişaf etdirilməsi və beynəlxalq səviyyədə təmsil olunması istiqamətində göstərdiyiniz əzmkar fəaliyyət hər zaman yüksək dəyərləndirilir.
Sizin zəngin təcrübəniz, peşəkarlığınız və idmana olan sonsuz sevginiz gələcək nəsillər üçün də nümunədir. Bu yolda göstərdiyiniz fədakarlıq Azərbaycan idman tarixində öz layiqli yerini tutmuşdur.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy qazandığınız nailiyyətlər daim davamlı olsun və yetişdirdiyiniz idmançılar ölkəmizi daha böyük zirvələrdə təmsil etsinlər.
Hörmətlə, Murad Şahməmmədov




































.jpg)
.jpg)
.jpg)
















































