Rusiyadan Ermənistana gedən taxıl yüklü qatar Biləcəri stansiyasından yola düşüb
Bu gün Biləcəri dəmir yolu stansiyasından 11 vaqondan ibarət yük qatarı yola düşüb. Qatar Gürcüstan vasitəsilə tranzitlə Ermənistana Rusiya taxılı daşıyacaq.
Oxuməni.az Report-a istinadla məlumatına görə, daşınan taxılın ümumi kütləsi 1023 tona çatır.
Qatarlar Gürcüstan ərazisinə Böyük Kəsik dəmir yolu stansiyasından keçəcək və oradan Ermənistan istiqamətində hərəkətini davam etdirəcək.
Bu günə qədər Rusiyadan Azərbaycandan keçərək Ermənistana 22 min tondan çox (320 vaqon) taxıl, eləcə də 610 ton (9 vaqon) gübrə göndərilib.
Oxuməni.az
Digər xəbərlər
























































































