Keçmiş şahzadə Endryu kral ailəsindən 27 milyon manatdan çox borc alıb və qaytarmayıb
Keçmiş şahzadə Endryu yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq iddiasını həll etmək üçün borc aldığı 12 milyon funt sterlinqi (27,7 milyon manat) Britaniya kral ailəsinə qaytarmayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
2022-ci ilin fevralında kral ailəsi amerikalı Virciniya Cüffrenin iddiası ilə başlayan qalmaqalı yatırmağa kömək edib. O, 17 yaşında Endryu ilə cinsi əlaqədə olmağa məcbur edildiyini iddia edirdi. And içərək dindirilməkdən yayınmaq üçün şahzadə 12 milyon funt sterlinq ödəməyə razılaşıb.
Pul qohumlardan borc alınmalı olub. Kraliça yeddi milyon funt sterlinq ayırıb, daha üç milyon isə əri şahzadə Filippdən gəlib. Bir milyon yarım gələcək kral III Çarlz tərəfindən ödənilib. Qalan məbləği isə digər ailə üzvləri əlavə edib.
Endryu borcu İsveçrənin Verbier kurortundakı 19 milyon funt sterlinq dəyərində olan şaleni sataraq qaytaracağını vəd etmişdi. Lakin bu əməliyyat ona demək olar ki, heç bir pul gətirməyib.
Məlumata görə, o, borc aldığı milyonlardan hələ də bir qəpik də qaytarmayıb. Kral ailəsinin pulu onların susqunluğunu satın alıb, lakin Virciniyanı məhkəmədə çıxış etmək və baş verənlərin onun versiyasını açıq şəkildə mübahisələndirmək imkanından məhrum edib – "The Sun" mənbəsi bildirb.
2025-ci ilin aprelində Roberts-Cüffre vəfat edib, bir neçə ay sonra isə onun xatirələri işıq üzü görüb. "Heç kimin qızı" adlı kitabında o, yaşadığı hadisələrdən, o cümlədən Endryu ilə orqiyalardan və şahzadə ilə görüşlərindən birindən sonra baş verən düşüklə bağlı danışıb.
Kitabın nəşrindən bir neçə gün əvvəl Endryu kralın təzyiqi altında hersoq titulundan bir daha istifadə etməyəcəyinə söz verib. Bundan qısa müddət sonra Bukinqem sarayı onun bütün titullarından tamamilə məhrum ediləcəyini və Royal Loc malikanəsindən çıxarılacağını elan edib.
Almaz Həsənli











































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)










