Azərbaycan Gənclərinin XI Forumunda strateji baxış və prioritetlər mövzusu müzakirə edilib
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənclərinin XI Forumu işini sessiya və müzakirələrlə davam etdirib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundovanın moderatorluğu ilə keçirilən sessiyada “Azərbaycan gəncləri - 2035: Strateji baxış və prioritetlər” mövzusu müzakirə olunub.
Sessiya çərçivəsində gənclərin sosial-iqtisadi, mədəni və elmi inkişaf perspektivləri, onların cəmiyyətin idarə edilməsində rolu, dövlət tərəfindən yaradılan imkanlar və gələcək strategiyalar müzakirə edilib. Eyni zamanda, gənclərin təşəbbüslərinin dəstəklənməsi, innovasiya və texnologiya sahəsində fəaliyyətləri, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Forum iştirakçıları gənclər siyasətinin prioritet istiqamətləri, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqram və layihələrin gənclərin inkişafına verdiyi töhfələr barədə fikir və təkliflərini səsləndiriblər. Sessiya gənclərin aktiv iştirakına şərait yaradaraq onların təşəbbüskarlığını və cəmiyyətə töhfələrini artırmaq məqsədinə xidmət edib.
Sessiyada ölkənin müxtəlif regionlarından gələn gənclər, dövlət qurumlarının nümayəndələri, eləcə də ictimaiyyət və akademik mütəxəssislər iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Gənclərinin XI Forumu çərçivəsində fevralın 3-də Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və “Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşop olacaq.
Oxuməni.az

































.jpg)






.jpg)













































