Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilir

16 Dekabr 12:48
Bəyəndim (2) Bəyənmədim (0)


Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayı keçirilir.
Oxuməni.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qurultayda xarici qonaqlar və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sosial tərəfdaşlarının nümayəndələri çıxış edəcək, hesabatlar təqdim olunacaq.
Bundan əlavə, AHİK -ya üzv təşkilatların nümayəndələrinin çıxışları, gündəlikdəki məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub.
Tədbirdə qurultay nümayəndələri ilə yanaşı, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq təşkilatların həmkarlar ittifaqları liderləri və bir sıra ölkələr də iştirak edirlər.
Oxuməni.az